Haqqımızda

2020-ci ilin aprel ayından fəaliyyətə başlayan “Media Təhlil Mərkəzi” İctimai Birliyinin başlıca missiyası Azərbaycanın media məkanının təhlil və araşdırmalarının aparılması, KİV-lərin fəaliyyətinin səmərəliliyi yüksəldilməsi məqsədilə təkliflərin hazırlanmasıdır.

Mərkəz KİV-lərin, eləcə də dövlət qurumlarının kommunikasiya siyasətinin təhlili, bu sahədə analitik hesabatların hazırlanması, sorğular vasitəsilə ictimai rəyin öyrənilməsi sahəsində ixtisaslaşmağı hədəfləyib.

Azərbaycanla bağlı xarici media resurslarında dərc olunan informasiya və məlumatların monitorinqinin həyata keçirilməsi, beynəlxalq miqyaslı KİV-lərin fəaliyyətində müasir yanaşma və trendlərin öyrənilməsi də MTM-in fəaliyyətində mühüm yer tutur.

Ölkə jurnalistlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə və media sahəsində problemlərin aradan qaldırılmasına xidmət edən təkliflərin hazırlanması da Media Təhlil Mərkəzinin fəaliyyətinin əsas prioritetlərindən biridir.

Mərkəz informasiya siyasətində yalnız peşəkar jurnalistika prinsiplərini, eləcə də dövlət və ictimai maraqları üstün tutur.

Əsas Səhifə

XƏBƏRLƏR

Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
Mədəniyyət naziri İtaliya nümayəndə heyəti ilə görüşüb
03 May 2024
Ölkəmizdə keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bir sıra yüksək səviyyəli qonaqları ilə ikitərəfli görüşlər təşkil olunur, əməkdaşlıq əlaqələri müzakirə edilir. ...
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
Azərbaycan idmançılarının yeni reytinq cədvəli açıqlanıb
03 May 2024
Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb. GİN-in mətbuat xidmətindən veri...
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
Ataların da uşaqlara görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ olacaq
03 May 2024
Analarla bərabər ataların da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ olacaq, güzəştə yol verən şərtlər sırasına valideynlərini itirmiş və ya valideyn hima...

MEDİA TƏHLİL MƏRKƏZİ

Xəbərlər

XİDMƏTLƏRİMİZ

Media monitorinq
Sorğu və ictimai rəyin öyrənilməsi
Reytinq və təhlil
PR və marketinq
Hüquqi konsultasiya

MÜŞTƏRİLƏR